“Dedilər ki, bütün imtahanları onlayn etsək, bizi məhkəməyə verəcəklər” – DİM sədri

Cəmiyyət Gündəm

“100 min insanın eyni gündə onlayn imtahan verməsi qeyri-mümkündür”.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. O bildirib ki, insanların texnoloji biliyi və ya imkanları hamı üçün bərabər deyil:
“Biz çalışırıq ki, hamı üçün ədalətli və bərabər şans verilsin. Burada kifayət qədər texniki təchizat tələb olunur.
Biz rus sektoru üçün azərbaycan dili fənnindən onlayn sınaq imtahanı elan etdik və qısa müddətdə 500 yer doldu. Ancaq cəmi 120 nəfər iştirak etdi, qalanları digərlərinin yerini tutdu. Həmin imtahanın onlayn keçiriləcəyi ilə bağlı açıqlamadan sonra bizə, hətta valideynlər tərəfindən məktublar gəldi ki, bütün imtahanları onlayn etsək, bizi məhkəməyə verəcəklər.
İllərdir biz həm onlayn, həm də ənənəvi formada sınaq imtahanları təşkil edirik. Kağız versiyada təşkil olunan imtahanlara 30-40 min şagird qoşulur, onlayn imtahanlara isə 1000 nəfər”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir