Kəlbəcər rayonunun keçmiş icra başçısı Vidadi Məhərrəmov ötən gecə vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Vidadi Məhərrəmov bu gün doğulduğu Goranboy rayonunun Xanqərvənd kəndində dəfn olunacaq.
Qeyd edək ki, Vidadi Məhərrəmov Kəlbəcərdə müxtəlif vəzifələrdə çalışıb. Məktəb direktoru, kənd sovetinin sədri, icra başçısının müavini və nəhayət icra başçısı (2006-2013) olub.

www.102info.az