Samuxda ər və arvad qəzada xəsarət alıblar

Cəmiyyət

Samux rayonunda iki avtomobilin toqquşması nəticəsində ər və arvad xəsarət alıblar.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zazalı kənd yolunda qeydə alınıb.

Qəza zamanı 1955-ci il təvəllüdlü G.Qurbanov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü A.Qurbanova yaralanıblar.

Onların vəziyyətinin müvafiq olaraq kafi və orta-ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az