Yevlaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Malbinəsi kəndində qeydə alınıb.
34 yaşlı Məhərrəmov Pərvin Çərkəz oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomobillə 42 yaşlı Səfərov Samir Tofiq oğlunun idarə etdiyi “Nissan Maxima” markalı avtomobil toqquşub.
Nəticədə VAZ-2106-nın sərnişini, 56 yaşlı Məhərrəmova Həqiqət Qanboy qızı yerindəcə keçinib.
Avtomobildə olan sərnişinlər – 53 yaşlı Cabbarov Nizami Alıkişi oğlu, 51 yaşlı Əlizadə Nəzakət Qanboy qızı və hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
www.102info.az