Birinci qrup əlil evində ölü tapıldı

Cəmiyyət

Abşeronda evdən meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində yerləşən evlərdən birində Sumqayıt sakini, I qrup əlil, 58 yaşlı Nizami Hüseynovun meyiti tapılıb.

İlkin müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

www.102info.az

Spread the love