Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Elçin Hüseynov idarə etdiyi VAZ-2106 markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 2014-cü il təvəllüdlü N.Qurbanzadəni vurub. Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
www.102info.az