Bakı-Quba-Rusiya yeni avtomobil yolunda avtomobil aşıb, sürücü xəsarət alıb.
“Report”un məlumatına görə, 1971-ci il təvəllüdlü Həmidov Xəqani Nəsib oğlunun idarə etdiyi minik avtomobili yol kənarındakı maneəyə çırpılaraq aşıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona kəllə-beyin travması və bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az