Ötən gün Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanovun Kiyevdən canlı bağlantısı zamanı efirə müdaxilə olunub.
Jurnalist hadisə ilə bağlı açıqlamasında qeyd edib ki, sakinlərdən biri İran dronlarının adının çəkilməsindən narahat olaraq ona yaxınlaşıb və əraziyə dərhal polis çağırıb.
“Polislər gəldilər, yoxladılar və hər şeyin qaydasında olduğunu gördülər. Onlar sözügedən sakini xarici jurnalistin efirinə mane olduğu üçün cərimələdilər”, – deyə M.Aslanov əlavə edib.
Həmçinin qeyd edilib ki, polislərdən biri yaşanan hadisəyə görə Azərbaycan xalqından üzr istəyib.
“Polislər izah etdilər ki, şəhərdə həmişə sakitlik olub. Birdən-birə üstlərinə raket yağıb, ona görə də şübhəli kimisə görəndə qorxub özlərini itirirlər”, – deyə o bildirib.
Ətraflı süjetdə:
www.102info.az