Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı müraciət edən 5 nəfər ölüb.
Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, KTM-yə zəhərlənmə ilə bağlı 828 nəfər müraciət edib. Onlardan 140-ı Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 3-ü dəm qazından, 3-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anafilaksiya, 7-si allergik reaksiya, 2-si botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 2-sini ilan, 1-ni isə həşərat sancıb.
Zəhərlənən şəxslərin 62-si qadın, 50-si kişi, 28-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 2 nəfər dərman zəhərlənməsindən, 3 nəfər sirkə turşusundan dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 3-ü qadın, 2-si kişidir.
www.102info.az