Bakının Qaradağ rayonunda Külək Elektrik Stansiyasının inşası ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında bildirib.
Onun sözlərinə görə, sənəd nazirliyə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC , “Caspian HDG” MMC, İspaniyanın alternativ və bərpa olunan enerji sahəsində ixtisaslaşmış “Elecnor” şirkəti arasında imzalanıb.
www.102info.az