Türkiyə vətəndaşını Gəncədə maşın vurdu

Cəmiyyət

Gəncə şəhərində piyadanı maşın vurub.

Oxu.Az-ın məlumatına görə, Gəncə şəhərində Türkiyə Respublikasının 2008-ci il təvəllüdlü vətəndaşı Z.İlknuru dövlət qeydiyyat nömrəsi və sürücünün kimliyi hələlik istintaqa məlum olmayan avtomobil vurub. Nəticədə kəllə-beyin travması alan piyada xəstəxanaya müraciət edib. 

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

www.102info.az