2 gündən sonra bu körpənin 1 yaşı olacaq: Amma o təcili ürək əməliyyatı keçirməlidir – FOTO

Cəmiyyət

1 yaşlı Cəfərova Sofiya Elməddin qızı ürək əməliyyatı olmalıdır.

Bu barədə Oxu.Az-a anası Cəfərova Gülnarə Elçin qızı məlumat verib.

O qeyd edib ki, hamiləlik zamanı belə bir problemlə üzləşməyib:

“Doğuşdan 2 ay sonra bizdə bəzi problemlər yaranmağa başladı. Belə ki, o cəmi 3 kilo yarım idi. Ağlaya bilmirdi, çətinlik çəkirdi. Kardioloq müayinə etdikdən sonra təcili əməliyyat dedi. Qızıma ürək çatışmazlığı diaqnozu qoyuldu. İlk əməliyyat 3 aylığında oldu. Yenidən iki dəfə əməliyyat edilməlidir. Artıq əməliyyat üçün gecikirik. Zaman əleyhimizə işləyir. Bizə 11 min manat lazımdır amma bu pulu toplamaq üçün maddi imkanımız yoxdur”. 

Ailə ilə əlaqə: 051 396 99 40

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir