Cəlilabadda azyaşlı piyadanı vuran avtomobil, hadisə yerindən qaçıb.
APA xəbər verir ki, hadisə Cəlilabad şəhəri, 3 saylı orta məktəbin yaxınlığında baş verib.
Hələ ki, avtomobilin sürücüsü müəyyən olunmayıb.
2014-cü il təvəllüdlü Əli Elvin oğlu Novruzzadə ağır vəziyyətdə ətrafdakı şəxslərin köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. Avtomobilin və sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
www.102info.az