Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda baş verib.
Hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə “VAZ” markalı avtomobil toqquşub.
Qəzadan sonra “VAZ” yoldan çıxaraq aşıb.
Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az