Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə silah-sursat aşkarlanıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilib ki, rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində iki avtomat, bir qumbaraatan, dörd əl qumbarası, 9 900 ədəd müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.
www.102info.az