“Dostluq” kinoteatrı yaxınlığında tüfeyli həyat tərzi keçirənlər saxlanılıblar – FOTO

Cəmiyyət

Paytaxtın Nəsimi rayonunda Hüseynqulu Sarabski 109F ünvanında tüfeyli həyat tərzi keçirən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Bu barədə Oxu.Az-a DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. 

Məlumata görə, Nəsimi RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə əvvəllər məhkum olunan 1979-cu il təvəllüdlü Coşqun Quliyev, 1989-cu il təvəllüdlü Rəşad Cavadov cinayət məsuliyyətinə cəlb ediliblər. Onların üzərindən müxtəlif çəkidə narkotik vasitə olan heroin aşkarlanıb. 

Onlar barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb. 

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, “Dostluq” kinoteatrının yaxınlığında yerləşən və dağılmaq üzrə olan tikilinin narkomanlar üçün tiryəkxanaya çevrildiyi barədə məlumat vermişdik. 

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir