Masallıda kişi hamilə həyat yoldaşını döyüb – FOTO

Cəmiyyət

Masallıda kişi hamilə həyat yoldaşını və onun qızına qarşı fiziki zorakılıq törədib. 

Oxu.Az-ın məlumatına görə, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, kişi 5 aylıq hamilə həyat yoldaşını və onun birinci nikahdan olan 13 yaşlı qızını dəfələrlə döyüb. 

Qadın övladı ilə birlikdə Masallıdan Bakıya gələrək sığınacağa müraciət edib. Onlar həkim müayinəsindən keçirilib. 17 həftəlik hamilə olmağına baxmayaraq qadın bugünə qədər ilk dəfə müayinədən keçib. Onun yenidən qız anası olacağı məlum olub. 13 yaşlı qızı müayinəsi zamanı isə həkimlər onun onkoloji xəstəlikdən əziyyət çəkməsindən şübhələnib. 

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir