Tovuz şəhərində bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, VAZ-2107 markalı avtomobil şəhərlərarası xətt üzrə çalışan mikroavtobusla toqquşub.
Qəza nəticəsində 1976-cı il təvəllüdlü Alıyev Asif Mansır oğlu hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 2001-ci il təvəllüdlü Alıyev Mansır Asif oğlu və 1981-ci il təvəllüdlü İsgəndərov Bayram Mayıl oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


www.102info.az