8 Noyabr – Zəfər Günü ilə əlaqədar hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri başlayıb.
Oxu.Az-ın məlumatına görə, yürüşün birinci marşrutu Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı istiqamətindədir.
Yürüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 200 nəfər şəxsi heyəti və hərbi orkestr iştirak edir.
İlhamə Əbülfət
www.102info.az