Bu gün Azərbaycanda 8 Noyabr – Zəfər Günü qeyd edilir.
Əlamətdar gün münasibətilə Şuşanın azad olunması uğrunda qəhrəmancasına döyüşərək həlak olan şəhidlərin xatirəsi yad edilib.
Baku TV-nin əməkdaşı Şuşa döyüşlərində şəhidlik zirvəsinə ucalan hərbçilərimizin ailələrini ziyarət edərək, İsa bulağından xüsusi qablara doldurulmuş suları onlara təqdim edib.
Şəhid ailələri Şuşadan gətirilən sudan içərək verilən hədiyyənin mənəvi dəyərinin onlar üçün yüksək olduğunu vurğulayıblar.
www.102info.az