Gəncə şəhərində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər – 2001-ci il təvəllüdlü Əşrəf Abbasov, 1962-ci il təvəllüdlü Qabil Ələkbərov, 2003-cü il təvəllüdlü Həsən Əsgərov və 2006-cı il təvəllüdlü Sübhan Hacıyev müxtəlif xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib, onları vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az