Göyçayda nar və xurmadan sonra ən çox becərilən meyvələrdən biri də heyvadır.
Fermərlər əsasən heyvanın yerli sortları olan “Bağça”, “Bardaq”, “Beş ulduz” və “Kamil” növlərinə üstünlük verirlər.
Bu il fermerlər aqrotexniki qulluğu vaxtlı-vaxtında göstərdiklərinə görə bağlarda məhsul ötənilkindən xeyli çoxdur. Amma onlar min bir əziyyətlə əkib becərdikləri məhsulu satmaqda çətinlik çəkirlər.
Keçən il heyvanın qiyməti 30 qəpiklə 1 manat arasında dəyişirdisə, bu il 20-70 qəpiyə satılır. Amma qiymətin düşməsi də alıcılıq qabiliyyətinin artmasına müsbət təsir göstərə bilməyib.
Fermerləri narahat edən məsələ ilə bağlı Göyçay rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, istehsal artdığı üçün bu sahədə emal müəssisələrinin yaradılmasına ehtiyac var.
Qeyd edək ki, Göyçayda 219 hektar heyva bağı var ki, onun da 192 hektarı bar verən bağlardır.
www.102info.az