Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə barədə məlumat və görüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, qəza bu gün səhər saat 07:00 radələrində şəhərin Təbriz küçəsində qeydə alınıb.
Məlumatda qeyd edilib ki, “Hyundai” markalı avtomobil yolun kənarında dayanan VAZ-21011-ə çırpılıb. Nəticədə ikinci maşına ciddi zərər dəyib. Qəza zamanı xəsarət alan olmayıb. Zərbənin gücündən VAZ-21011-in yanındakı işıq dirəyi yararsız hala düşüb.
İlkin məlumata görə, VAZ-21011-in sahibi avtomobilini satmaq istəyirmiş.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov faktı Oxu.Az-a təsdiqləyib.
O bildirib ki, hadisə bu gün səhər saatlarında sözügedən ərazidə qeydə alınıb:
“Hərəkətdə olan “Hyundai” markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan VAZ-21011 markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır”.
Həmin görüntüləri təqdim edirik:
www.102info.az