2008-ci il təvəllüdlü Əmiraslanov Mədət İlham oğlu limfa xərçəngindən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun anası Əmiraslanova Elvina məlumat verib.
O qeyd edib ki, övladı dörd ildir, bu xəstəliklə mübarizə aparır:
“Mədətin vəziyyəti orta-ağırdır. Yemək yeyə bilmir. Artıq mübarizə aparmağa gücü çatmır. Onun tükəndiyini görmək isə bizi məhv edir. 16 kurs kimyaterapiya almalıdır. Əməliyyat olunmalıdır. Biz müalicəni Türkiyədə aparırıq. Bəzən ayda iki dəfə oraya getməli oluruq. Hər dəfə 2 500 manat kimyaterapiya üçün pul xərcləyirik. Mədət üç dəfə əməliyyat olunsa da, xərçəng metastaz verib. Birinci əməliyyat 2019-cu ildə olub. 2020-ci ildə isə iki dəfə əməliyyat edilib. Yenidən əməliyyat üçün 20 min dollar istəyirlər. Mənim bunu qarşılamağa gücüm yoxdur. Ona görə yalnız kimyaterapiya üçün çalışıram ki, balamı yaşada bilim”.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Əmiraslanov Mədət İlham oğlunun valideyni ilə əlaqə saxlanılıb:
“Valideyn övladının onkoloji xəstəliklə (limfoma) bağlı müalicələrini (kimyaterapiya) davamlı şəkildə Türkiyə Respublikasında aldığını qeyd edib və qısa zaman ərzində əməliyyatın icra olunacağını qeyd edərək köməklik göstərilməsini xahiş edib.
Vətəndaşa onkoloji xidmətlərin İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi ilə təminatına alınmadığı bildirilib və qeyd edilib ki, “Onkoloji yardım haqqında” Qanuna əsasən, onkoloji xəstəliklərin müayinə və müalicəsi Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində həyata keçirilir”.
Ailə ilə əlaqə nömrəsi: 077 308 71 66








www.102info.az