“Əczaçılıq sektorunun inkişafı ilə əlaqədar Nazirlər Kabinetinin yaratdığı komissiya var”.
Bunu APA-ya açıqlamasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.
Nazir müavini bildirib ki, bu komissiya artıq işçi formada layihə hazırlayıb və hökumətə təqdim edib:
“Bu layihə dərmanların dövlət qeydiyyatına alınması ilə bağlıdır. Burada əvvəlki yanaşmadan fərqli olaraq, kifayət qədər ciddi irəliləyişlər var. Ümid edirik ki, bu, yaxın gələcəkdə qəbul olunacaq”.
www.102info.az