Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.
APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü Mustafazadə Sədrəddin Seyfəddin oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçib.
S.Mustafazadə açıq kəllə-beyin travması və bədənin çoxsaylı xəsarətləri ilə komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən 19 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib.
www.102info.az