DİN: “Bu gün bir qrup şəxs BŞİH qarşısında aksiya keçirməyə cəhd edib”

Cəmiyyət

Bu gün – noyabrın 11-də saat 16 radələrində bir qrup şəxs Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH)  binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib. 

Daxili İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib.

Hazırda müvafiq araşdırmalar aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir