Ədalət və tərəfsizliyin simvollarının toplandığı kolleksiya – FOTOREPORTAJ

Cəmiyyət

Hər bir insanın özünəməxsus maraq dairəsi var. Marağına uyğun olaraq araşdırma aparır və məlumatlar toplaya bilir. Bəziləri onlara maraqlı olan əşyaları toplayıb, qoruyaraq kolleksiya yaradırlar. 

Vəkil Kamandar Nəsibov müxtəlif ölkələrin vəkillərinin mantiyalarından ibarət kolleksiya yaradıb. O, kolleksiya toplamağa 2019-cu ildən başlayıb. Həmin ilin dekabrında Çinin Quançjou şəhərində keçirilən beynəlxalq vəkillər konfransında Çin Vəkillər Kollegiyası Kamandar Nəsibova vəkil mantiyası və döş nişanı hədiyyə edib. 2021-ci ilin sonuna qədər kolleksiyaçı müxtəlif ölkələrdən 70 vəkil və hakim cübbəsi toplayıb.

Əsasən qara rəngdə olan cübbələr adi geyim forması olmamaqla vicdanın və tərəfsizliyin simvolu kimi qəbul olunur. 

Bizim vəkillərin cübbələrinin yaxalığı qara, boyun hissəsi və biləkliyi yaşıl atlasdan hazırlanır, kənarları isə nazik qızılı xətlə haşiyələnir. Cübbənin yaxalığının üzərində həkk olunan milli ornamentimiz, Odlar Yurdunu tərənnüm edən buta tərəfləri sülhə və barışığa səsləyən zeytun budaqları təsvir edilmiş qızılı lentlə haşiyələnir.

Cübbədə yer alan yaşıl rəng ümidi tərənnüm edir.

Qeyd edək ki, vəkil Kamandar Nəsibov kolleksiyasını ofisində qoruyub-saxlayır.

Photostock.az-ın kolleksiyadan hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: Photostock.az

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir