Daşkəsəndə bıçaqlanma olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb. Göygöl rayonunun Qızılca kənd sakini, 1964-cü il təvəllüdlü Xaləddin İbrahimov üç bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat edilib.
Məlumata görə, X.İbrahimov özü-özünə xəsarət yetirib. Hadisənin başvermə səbəbləri araşdırılır.
www.102info.az