Varşava Universitetinin türkologiya şöbəsinin məzunu Paulina Treşçotkonun elmi işi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun yaradıcılığı haqqındadır.
Diasporla İş üzrə Dövlət Komitəsinin internet TV-si olan Diaspor TV-nin çəkiliş qrupu Polşaya səfərləri zamanı P.Treşçotko ilə görüşüb və onunla elmi işi barədə söhbət edib.
Varşava Universitetinin türkologiya şöbəsinin məzunu olan P.Treşçotko “Üzeyir Hacıbəyovun operalarında ədəbi motivlər” adlı tədqiqat işi haqqında, eləcə də Qarabağa, xüsusilə Şuşa şəhərinə olan marağı barədə danışıb. Eyni zamanda bildirib ki, universitetdə azərbaycanlı müəllimdən dərs alıb.
O, müsahibəsində Şuşaya səfər etmək arzusunda olduğunu da bildirib.
Müsahibə ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
www.102info.az