Zaqatalada tütün zavodunda yanğın hadisəsi olub.
APA-nın məlumatına görə, insident rayonun Yuxarı Tala kəndi ərazisində yerləşən “Agro İndustry” MMC şirkətinə məxsus Tütünqurutma Zavodunda baş verib.
Yanğın yerinə FHN-in Zaqatala rayon DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb olunub. Yanğının qarşısı alınıb.
Hadisə zamanı qurutma kamerasında olan, içərisi xurma ilə dolu 400 ədəd yeşikdən 100-ü yanıb, 300-ü isə yararsız hala düşüb.
Xəsarət alan olmayıb, yanğının baş vermə səbəbi araşdırılır.
www.102info.az