Naxçıvanın icra başçısı qəzaya düşüb – FOTO

Cəmiyyət

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib.

“Report” xəbər verir ki, hadisə noyabrın 12-də axşam saatlarında Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisindən keçən Naxçıvan-Şərur avtomobil yolunda baş verib.

Şərur istiqamətində hərəkət edən “Mitsubişi L-200” markalı avtomobil idarəetməni itirərək əvvəlcə “Hyundai” markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb.

Avtomobildə tək olan M.Seyidov heç bir bədən xəsarəti almayıb. Digər avtomobilin sürücüsü isə yüngül zədələnib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir