Bakının Sabunçu rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Hüseynov Nihad Eldar oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
  www.102info.az
www.102info.az


 
						 
						