Koronavirus erasının sonu, nüvə müharibəsi təhlükəsi: Tanınmış numeroloq “Danışaq?” layihəsində – VİDEO

Cəmiyyət

Tanınmış jurnalist Həmid Həmidov “Danışaq?” podkastının yeni buraxılışında izləyicilərinə daha bir video müsahibə təqdim edib.

Oxu.Az xəbər verir ki, aparıcının budəfəki qonağı Cənubi Qafqazdakı yeganə numeroloq Xəyal Məmmədov olub.

Yeni videoda Həmid Həmidov və Xəyal Məmmədov müxtəlif mövzulardan, o cümlədən insanın missiyası, numeroloq xidmətlərinin qiyməti, koronavirus dövrünün sonu haqqında danışıblar.

Qarabağ müharibəsi, Bakı ilə İrəvan arasında sülh sazişi, Ukraynada hərbi əməliyyatların dayandırılması, nüvə müharibəsi təhlükəsi və İranda baş verən son hadisələrlə bağlı məsələlərə də toxunulub.

Sonda qonaq Azərbaycanı gələcəkdə nələrin gözlədiyindən danışıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir