Sosial şəbəkələrdə “Bakı Metropoliteni” QSC-nin “28 May” metro stansiyasında işıqların söndüyünə dair məlumat yayılıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatın doğru olmadığını, problemin “Avtovağzal” stansiyasında yarandığını deyib:
“Gərginlik düşməsi nəticəsində “Avtovağzal” stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb. 4 dəqiqədən sonra işıqlandırma bərpa olunub. “Bənövşəyi xətt” üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub. Hazırda problem tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edirlər”.
Sayad Həsənli
www.102info.az