Astarada işçiləri qanunsuz çalışdıran sahibkara cinayət işi açıldı

Cəmiyyət

Astarada işçiləri qanunsuz işlədən fermerə cinayət işi açılıb.

Bu barədə Astara Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, “İlkin” kəndli (fermer) təsərrüfatının təsisçisi Sadıx Əzimov tərəfindən xeyli sayda işçinin əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə rayon prokurorluğuna daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Araşdırmalarla Sadıx Əzimovun 15 nəfəri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çay bağlarında fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162-1.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir