Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satmasında şübhəli bilinən Bakı şəhər sakini İdris Qənbərov saxlanılıb.
Həmin şəxsin üzərinə baxış keçirilən zaman beş kiloqrama yaxın narkotik vasitə olan marixuana və bir kiloqramdan çox heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İdris Qənbərovun barəsində həbs qətimkan tədbiri seçilib.
www.102info.az