Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri başladı. Dövlət başçısının həmkarı Bayram Beqay ilə təkbətək görüşü keçirildi.
Mehriban Əliyeva xoşməramlı səfir vəzifəsindən imtina etdi. Birinci vitse-prezident bununla bağlı YUNESKO-ya məktub ünvanladı.
Gürcüstanda İsrail vətəndaşına qarşı sui-qəsdin qarşısı alındı. Ölkənin Təhlükəsizlik Xidməti əməliyyatın detallarını açıqladı.
İstilik təchizatı ilə bağlı növbəti borc məsələsi gündəmə gəldi. Dövlət qurumu məbləğin 6 milyondan çox olduğunu bildirdi.
Lənkəranda yanğın təhlükəli vəziyyət yaratdı. Təsərrüfatlara, xüsusən də sitrus bağlarına ciddi ziyan dəydi.
Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında:
www.102info.az