Nizami rayonunda 32 yaşlı qadını avtomobil vurub

Cəmiyyət

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Yunisova Zülfiyyə Zəfər qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir