Bu gün Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımda insult xəstəliyi müzakirə olunacaq.
Oxu.Az-ın məlumatına görə, canlı yayımın qonağı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Pərvin Allahyarovadır.
Yayım ərzində insult xəstəliyi ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Pərvin xanıma ünvanlaya bilərsiniz.
Canlı yayım bu gün, saat 15:00-da Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında (https://www.instagram.com/sehiyyegovaz/) baş tutacaq.
www.102info.az