Xırdalan şəhərində yol-nəqliyyat qəzası zamanı 18 yaşlı qız ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Xırdalan dairəsi ərazisində qeydə alınıb.
2004-cü il təvəllüdlü Məmmədova Xumar İlqar qızı yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.
www.102info.az