15 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən verilən məlumata görə, məhkum Hacıgözəl Ağagül oğlu Ağagülov ilə qısamüddətli görüşə gəlmiş qardaşı, Sumqayıt şəhər sakini Kamal Ağagül oğlu Ağagülov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan gödəkçənin yan cibində bir ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkar edilib.
Məhkum Hacıgözəl Ağagülov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hazırda 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az