Bakıda 83 yaşlı kişini avtomobil vuraraq öldürüb.
APA xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Vüsal Əliyev idarə etdiyi avtomobillə 1939-cu il təvəllüdlü Ağaməli Nağıyevi vurub.
Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
www.102info.az