5 aylıq Sübhan qaraciyər sirrozundan əziyyət çəkir – FOTO/VİDEO

Cəmiyyət

Beş aylıq Sübhan Heybətov qaraciyər sirrozundan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Heydərova Pərvanə məlumat verib. 

O bildirib ki, səkkiz ildən sonra iki əkiz uşağı dünyaya gəlib. Onlardan biri sağlam olsa da, digəri xəstəliklə mübarizə aparır:

“Oğlumun dərdinə dərman Türkiyədədir. Biz ona donor da tapmışıq, pulumuzun tam olmağını gözləyirik ki, əməliyyat etdirək. Hazırda 45 min dollarımız var, övladımın sağlamlığına qovuşması üçün sadəcə 15 min manat pul lazımdır. Mərhəmətli şəxslərdən bizə kömək etmələrini xahiş edirik”.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş Heybətov Sübhan Samir oğlunun valideyni ilə telefon əlaqəsi zamanı onun övladının qaraciyər xəstəliyindən əziyyət çəkdiyi və təcili olaraq Türkiyə Respublikasında qaraciyər köçürülməsi əməliyyatı üçün maddi köməkliyə ehtiyacı olduğunu bildirib. Vətəndaşa hazırda qaraciyər transplantasiyası əməliyyatının icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınmadığı bildirilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir