Gürcüstanda nə baş verir? İran bu ərazilərdə illərdir necə güclənib? Gürcüstandakı soydaşlarımız molla rejiminin təsiri altına necə düşüblər?
“Xəzər Xəbər”in çəkiliş qrupu bir həftə boyunca Gürcüstanda olaraq bu mövzunu ətraflı şəkildə araşdırıb. Çəkilişlər əsasən Tbilisi, Marneuli, Qaraçöpdə aparılıb. Burada yaşayan ziyalılar, ağsaqqallar, din xadimləri, sadə vətəndaşlarla söhbətlər edilib, mövzu ilə bağlı suallar verilib.
Gürcüstan Müsəlmanları İdarəsinin ilk şeyxi Vaqif Əkbərov maraqlı etiraflar edib. Onun şeyxlikdən getməsində İran niyə maraqlı idi? Gürcüstandakı məscidlərə hansı qurum nəzarət edir?
Araşdırma nəticəsində məlum olub ki, Gürcüstanda İran sərmayəli 11 min 751 təşkilat, şirkət fəaliyyət göstərir. Onlar öz fəaliyyətlərini necə qururlar? Gürcüstandan İrana avtobus səfərlərini kim təşkil edir? Soydaşlarımız İranın hansı dini şəhərlərinə aparılırlar?
Gürcüstanın Dini məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze din xadimləri ilə bağlı hansı məsələnin aktual olduğunu vurğulayıb?
“Xəzər Xəbər”in çəkiliş qrupu bütün bu və digər suallara Gürcüstanda cavab axtarıb:
www.102info.az