“Azərbaycanda şəhid ailələrinin övladları təhsil haqlarından azad olunublar. Yaxşı olar ki, bir sıra güzəştlər müharibə veteranlarının övladlarına da şamil edilsin”.
Oxu.Az-ın məlumatına görə, Milli Məclisin iclasında deputat Aqiyə Naxçıvanlı belə təkliflə çıxış edib.
“Müharibə veteranlarının övladları tam olmasa da, müəyyən qədər təhsil haqlarından azad edilməlidir”, – deyə Aqiyə Naxçıvanlı bildirib.
Millət vəkili onu da təklif edib ki, müharibə veteranlarına güzəştli ipotekalarla mənzil almaq hüququ verilməlidir.
Aqşin Kərimov
www.102info.az