Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 17 noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Ersin Tatar bununla bağlı “Twitter” hesabında paylaşım edib.
“34 il əvvəl, 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında bir araya gələn 2 milyon azərbaycanlı qardaşımız müstəqillik məşəlini alovlandırdı və Azərbaycan dövləti quruldu.
17 Noyabr Milli Dirçəliş Gününü təbrik edir, Azərbaycan xalqına ən səmimi sevgilərimi və xoş hisslərimi çatdırıram”, – deyə o paylaşımında qeyd edib.
34 yıl önce 17 Kasım 1988 günü Bakü’deki Azatlık Meydanı’nda bir araya gelen 2 milyon Azerbaycanlı gardaşlarımız bağımsızlık meşalesini yakmış, Azerbaycan Devleti kurulmuştur. 17 Kasım Milli Diriliş Günü’nü kutluyor, Azerbaycan halkına en içten sevgi ve muhabbetlerimi iletiyorum. pic.twitter.com/gEzimEQKMJ
— Ersin Tatar (@ErsinrTatar) November 17, 2022
www.102info.az