Nazirlər Kabineti “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında” 29 oktyabr 2020-ci il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, eləcə də Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti “Hökumət buludu”na keçiblər.
www.102info.az