Azərbaycanda icra başçısının birinci müavini vəzifəsindən azad edildi

Cəmiyyət

Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Cəlil Baxşıyev vəzifəsindən azad edilib.

“Report”un Cənub bürosunun məlumatına görə, o, öz ərizəsi ilə işdən çıxıb.

Qeyd edək ki, 62 yaşlı C.Baxşıyev uzun illər Lerik RİH-də çalışıb. O, 1995-ci ildən RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2007-ci ilin iyun ayından isə RİH başçısının birinci müavini vəzifəsində işləyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir