Şəmkir rayonunda idarəetmədən çıxan VAZ markalı minik avtomobili maneəyə çırpılıb, sürücü və sərnişin xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə rayonun “Karaz yolu” adlanan yolda qeydə alınıb.
Hadisə nəticəsində Gədəbəy rayon sakini, 2004-cü il təvəllüdlü Pərvin Sahib oğlu Mustafayev və Şəmkir rayon sakini, 2007-ci il təvəllüdlü Aşırəlıyev Ayxan Elbrus oğlu müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Zərərçəkənlərin vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az